Dərc edilib: 19-04-2022

https://www.nuh.az/31651-.html

ABŞ ictimai nəqliyyatda maska taxmaq ​​tələbini ləğv etdi

19.04.2022 08:27:15

LIVE

Florida ştatının federal dairə məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda maska ​​taxmaq tələbinin uzadılmasının qanunsuz olduğuna qərar verərək onu ləğv edib.

Bu barədə “Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, keçən həftə Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlər (CDC) qoruyucu maskaların məcburi taxılmasını bir daha mayın 3-dək uzadıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib