Dərc edilib: 19-04-2022

https://www.nuh.az/31654-.html

"Tərtər işində" işgəncə görən zərərçəkmişlərin sayı 400-ə çatır -ŞOK

19.04.2022 15:11:44

LIVE

“Tərtər işi” ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilib. 


Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan məlumata görə, həmin şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. 

Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib. 

Qeyd edək ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib