Dərc edilib: 20-04-2022

http://www.nuh.az/31656-.html

“XOXOL” TƏRTƏMİZ TÜRK SÖZÜDÜR

20.04.2022 08:13:41

Cəmiyyət

Firuz  Mustafa 
Yəqin ki, bu sərlövhəni oxuyub, “xoxol” sözünün sırf türk kökənli leksem olduğunu iddia etdiyim üçün məni “asıb-kəsən” türk düşmənləri yenə qurbağa kimi ağız-ağıza verib quruldaşmağa başlayaqcaqlar. 

Ukraynalara verilən, gah zarafatyana, gah da təhqiramiz şəkildə işlədilən bu söz (xoxol, xoxlı, xoxluşka) öz kökü etibarilə qədim dövrə gedib çıxır. Və bu söz mənşəyini türklərdən götürür.
Fikrimi əsaslandırmaq üçün əvvəlcə rus, sonra isə ukrayna mənbələrinə isnad etmək istəyirəm. Çünki bu cür hallarda ən yaxşısı “neytral” baxışlara diqqət yetirməkdir.
Oxuyuruq:
“...слово «хохол» первоначально не содержало в своём значении отрицательной оценки... в Киевской Руси чуб на голове (он же хохол) символизировал принадлежность к знатному роду”.
Rusların yazdığı bu qısa mətnin tərcüməsi təxminən belədir:
“...“xoxol” sözü ilkin mənasında özlüyündə mənfi qiymətləndirməni ehtiva etməmişdir... Kiyev Rusunda başın üstündəki “çub” (yəni “xoxol”) nəcib bir ailəyə mənsub olmağı simvollaşdırırdı”.
Keçirəm ukraynalıların öz şərhinə. Ukraynalı dil mütəxəssisləri də “xoxol” sözünün mənşəcə türklərlə və türk dili ilə bağlı olduğunu təsdiq edirlər.
Ukraynalılar bu sözün mənasını yuxarıda şərh etdiyimiz qaydada (“xoxol”- başın ortasındakı uzun saç) təqdimatı ilə yanaşı onun ikinci bir məna daşıdığını da nəzərə çarpdırırlar. Elə bu “ikinci məna” da türklərdən götürülüb.
Buyurun, əvvəlcə Ukrayna dilində oxuyaq. Ruslara müraciətən yazılmış mətndə deyilir:
«Хохол» — перекладається з тюркської, як «дитя неба»! Росіяни, ви називаєте нас хохлами не знаючи що це означає! Так нарекли українців давним-давно і не дарма. Ми чисті душею, як небо, ми вільні, як небо, ми сильні, як грозове небо!”
Tərcüməsi belədir:
"Xoxol" - türkcədən "cənnət övladı" kimi tərcümə olunur! Ruslar, siz bu sözün mənasını bilmədən bizə “xoxol” deyirsiniz! Ukraynalıları çoxdan belə adlandırırdılar və bu, boş yerə deyildilər. Bizim ruhumuz səma kimi saf, biz göy üzü kimi azadıq, biz fırtınalı səma kimi güclüyük!”
Gördüyümüz kimi, ukraynalılar bütün hallarda haqqında söhbət açılan sözün türk mənşəli olduğunu qəbul edir, hətta ona maraqlı bir etnonom də əlavə edirlər. Bu söz türkcə həm də “cənnət övladı” deməkdir.
Yaxşı, bəs bu söz müasir türk (Azərbaycan) dilində işlədilirmi? Bəli, işlədilir. Məsələ burasındadır ki, ukraynalıların başının ortasında, ətrafı qırxılmış saç komu (dəsti) bəzən hörük kimi uzanır, kişilərin kürəyinin ortasınacan sallanırdı. Bu, əlbəttə “kəkil” (“kokil”, “kekil”, “xokil”) adlandırılırdı. Bu cür kəkilləri çox vaxt seçilmişlər saxlayırdı.
Əlbəttə, bizim çoxumuz bu cür kəkilli, igid, cəsur, döyüşkən ukraynalıların obrazını şəkillərdə və filmlərdə görmüşük. Elə indiki zamanda da kəkilli ukraynalılara təsadüf edilir.
Slava Ukraine!

NUH informasiya agentliyi səhifəsindən çap edilib