Dərc edilib: 20-04-2022

http://www.nuh.az/31659-.html

ADPU-nun Ağcabədi filialında Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş...

20.04.2022 13:19:03

Region

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Ağcabədi filialında Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” mövzusunda Elmi-praktik konfrans keçirilib.


KivNews.com xəbər verir ki, konfransın əvvəlində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət himmi səsləndirildi. Şuşa şəhərinə aid videoçarx nümayiş etdirildi. Konfransı giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov qeyd etdi ki, hörmətli konfrans iştirakçıları bu gün biz şanlı tariximizi yaşayırıq. Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə igid vətən oğullarımızın qəhrəmanlığı sayəsində itirilmiş torpaqlarımız azad edilmişdir. Qarabağımızın tacı olan Şuşa şəhəri öz sahiblərinə qaytarılmışdır. Şuşa şəhərinə xüsusi önəm verən möhtərəm prezidentimiz İlham Əliyev 07 may 2021-ci il tarixdə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması haqqında 05 yanvar 2022-ci il tarixdə isə 2022-ci il “Şuşa ili” elan edilməsi, eyni zamanda Şuşa şəhərinin 270 illiyinin qeyd olunması haqqında sərəncamlar vermişdir. Bu gün Respublikamızın bütün təhsil müəssisələrində Şuşanın 270 illiyinə həsr olunmuş Elmi-praktik konfranslar və tədbirlər keçirilir. Biz də məhz bu gün Şuşanın 270 illiyinə həsr olunmuş Elmi-praktik konfransa toplaşmışıq. Konfransı açıq elan etdikdən sonra filialın dosenti Yaqub Səmədovun “Şuşanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında yeri”, baş müəllimi Araz Əliyevin “Şuşa tarixi və strateji əhəmiyyətə malik olan şəhərdir”, p.ü.f.d., baş müəllim Tahir Kərimlinin “Şuşa Azərbaycanın musiqi və mədəniyyət beşiyidir”,  dosent  Mahir Səlimovun “Üzeyir Hacıbəyovun fəlsəfi baxışları”, t.ü.f.d. baş müəllim, Əlizadə Nəcəfovun “Şuşanın tarixi, dini abidələri”, dosent Seymur Süleymanovun “Şuşa elm və təhsil ocağıdır”, dosent Vaqif Allahverdiyevinin “Molla Pənah Vaqif Qarabağ xanlığında dövlət xadimi və şair kimi”, dosent Sahib Zeynalovun “Fundamental və tətbiqi elmlərin inkişafında şuşalı alimlərin rolu”, baş müəllim Anar Kərimlinin  “Şuşanın ədəbi məclisləri” və baş müəllim Qərənfil Rzayevanın “Şuşa bədii söz sənətinin dilində” mövzularında məruzələr dinlənilib.

Konfrans dahi bəstəkarımız Üzeyir Hacıbəyovun Azərbaycan xalqının igidliyini, qəhrəmanlığını təcəssüm etdirən Koroğlu üverturasının sədaları altında yekunlaşdı.

KivNews.com

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib