Dərc edilib: 21-04-2022

https://www.nuh.az/31665-.html

Ermənistanda aksiyalar başladı: Yenə "Qarabağ kartı"...

21.04.2022 10:45:56

LIVE

Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana ittihamları səngimir. 

Qaynarinfo xəbər verir ki, müxalifətin təşkil etdiyi etiraz aksiyalarında birləşən yeni qüvvələrin çıxışlarındakı ritorikada Paşinyana qarşı hücumların arxasında Rusiya xəttinin dayanması aşkar görünür. 
Paşinyanı ittiham edənlər arasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan xüsusi cənfəşanlıq edir. O, baş naziri səriştəsizlikdə, İkinci Qarabağ müharibəsində minlərlə erməni gəncin ölümünə səbəb olmaqda günahlandırır. 
Müxalifət yenə də baş naziri məğlub və psixoloji cəhətdən əzilmiş lider kimi təqdim edir, ölkəyə vurduğu ziyanı aradan qaldıra bilmədiyini, əksinə vəziyyətin günü-gündən pisləşdiyini, Qarabağı itirdiklərini və növbədə Ermənistanın olduğunu da deyir.
İddia olunur ki, Paşinyan və ətrafının parlamentdəki çıxışlarında Qarabağın artıq ərazi məsələsi olmamasını, insan haqları məsələsi olduğunu deməsi mövcud hakimiyyətin Qarabağda mədəni və dini hüquqları müdafiə etməyi seçərək, onun müstəqilliyini və ya öz müqəddəratını təyin etməsini rədd etmiş olduğunu göstərir.
Paşinyan parlamentdəki çıxışında açıq şəkildə vurğuladı ki, Ermənistan Qarabağ məsələsində güzəştə getməyəcəyi halda, beynəlxalq ictimaiyyətdən heç bir dəstək ala bilməyəcəklər. Hətta hazırda özünün hərbərlik etdiyi KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistanı müdafiə etməməkdə də günahlandırdı. Paşinyanın parlamentdəki bu çıxışları və qeyri-müəyyən mövqeyi (Qərb və Rusiya arasında seçim etməməsi) təkcə siyasi müxalifəti deyil, həm də Qarabağdakı separatçı rejimin qəzəbinə səbəb olub. 
Bir sözlə, Ermənistan müxalifəti ənənəvi siyasətə sadiq qalaraq, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımasını və Qarabağı tərk etmiş azərbaycanlıların öz torpaqlarına qayıtmalı olması ilə bağlı tələblərini qulaqardına vurur. Erməni müxaliflər həmişəki kimi düşmənçilik mövqeyindən çıxış edir, Ermənistanın taleyini hakimiyyət uğrunda mübarizəyə qurban verir. Unudurlar ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ermənilərin Qarabağa olan iddiası artıq heç bir ciddi qüvvə, dövlət tərəfindən dəstəklənmir. Hətta Paşinyan da sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayır. Müxalifət isə bunun əksinə gedir, hakimiyyət uğrunda mübarizə naminə öz gələcəklərini sual altında qoyurlar. Anlamaq istəmirlər ki, dünyada Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq artıq Ermənistan üçün böyük təhlükəliyə çevirilir. Həmçinin Azərbaycanla düşmənçilik, Türkiyə ilə əlaqələrin olmaması ölkə iqtisadiyyatını böyük gəlirlərdən, inkişafdan məhrum edir.
Vacib bir məqamı vurğulamaq lazımdır ki, İrəvanın Azadlıq meydanında keçirilən aksiyalara qoşulanların heç də hamısı orada aksiya keçirən hansısa fiqura və ya qrupa rəğbət bəsləmir, onların əksəriyyəti mümkün hakimiyyət dəyişikliyindən sonra müxalifətin hansı addımları atacağını, hansı siyasi kursu həyata keçirəcəyini bilmək istəyənlərdir...

NUH informasiya agentliyi səhifəsindən çap edilib