Dərc edilib: 22-04-2022

http://www.nuh.az/31669-.html

Bakıda 11-ci sinif şagirdi vəfat etdi

22.04.2022 10:22:57

Region

Bakıda 11-ci sinif şagirdi vəfat edib. 


“Qafqazinfo” xəbər verir ki, "Gənc İstedadlar" Liseyində təhsil alan 17 yaşlı Vaqif Məmmədov qəfil ürəktutmadan dünyasını dəyişib.

İlkin məlumata görə, valideynləri onu səhər məktəbə getmək üçün oyadıblar. Vaqif narahat olduğunu və yaxşı nəfəs ala bilmədiyini deyib. Bir müddət sonra nəfəsi darlaşıb və keçinib.

V.Məmmədov uşaq vaxtı qıcolma keçirsə də, həkimlər bunun normal olduğunu bildiriblər.

Qeyd edək ki, V.Məmmədov istedadlı şagird kimi tanınıb. Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada bürünc medal qazanıb. “Sabahın alimləri” IX Respublika Müsaqibəsinin mükafatçısı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib