Dərc edilib: 22-04-2022

https://www.nuh.az/31670-.html

Yaponiya Kurili Rusiya tərəfindən işğal olunmuş kimi göstərdi

22.04.2022 10:28:18

LIVE

Yaponiya Rusiyanın Ukraynaya hücumundan sonra rəsmi Moskva ilə onilliklər boyu davam edən ərazi mübahisəsində sərt mövqeyə qayıdıb və cümə günü açıqladığı illik xarici siyasət hesabatında dörd şimal adanın Rusiya tərəfindən qanunsuz işğal edildiyini bildirib. 


“Qafqazinfo” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən ölkə diplomatiyasına dair hesabatın - “Mavi kitab”nda qeyd olunub.

“Şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır və Yaponiya ərazisinin ayrılmaz hissəsidir, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”, - hesabatda bildirilir.

Rusiyanın Ukraynaya hücumunu “təkcə Avropada deyil, həm də Asiyada beynəlxalq nizamın təməlini sarsıdan qəzəb” adlandıran hesabatda qeyd edilir ki, mövcud şərait ərazi danışıqlarında nəticənin perspektivlərini qeyri-müəyyən edir.

“Mavi kitab”da həmçinin deyilir ki, Rusiyadakı Cənubi Kurillər və Yaponiyadakı Şimal əraziləri adlanan adalar Yaponiya ərazisinin tərkib hissəsidir.

Qeyd edək ki, 2011-ci ildən bəri ilk dəfə olaraq, bu il “Mavi kitab” adaların Yaponiya ərazisi olduğu yer alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib