Dərc edilib: 24-04-2022

https://www.nuh.az/31682-.html

Rusiyada DAŞDAN tualet kağız...

24.04.2022 19:13:17

LIVE

Rusiyaya tualet kağızını daşdan düzəltmək təklif edilib
 
Əhəng daşı hamıya yetər
 
Qalın qablaşdırılan, ofis, kitab və tualet kağızını Rusiyada daşdan hazırlamaq olar.
 
Bu ideya bu yay Moskvada "Yeni zaman üçün güclü ideyalar" forumunda təqdim ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" informasiya agentliyi ideya müəllifi, iqtisadçı Aleksey Yelsukova istinadən məlumat verib.
 
"Əgər ölkədə kütləvi istehsal nizama salınarsa, qiymətlər oxşar olmayacaq və ya hətta adi kağızdan daha aşağı olacaq", - agentlik Yelsukovdan iqtibas gətirib.
 
İqtisadçı qeyd edib ki, hazırda Yaponiyada daşdan kağız istehsal edilir, belə üsuldan çoxlu əbəngdaşı ehtiyatı olan Özbəkistanda da istifadə edilir.
 
"Rusiyada əhəngdaşı ehtiyatları tükənməz hesab edilir. Belə kağızı ağartmaq lazım gəlməyəcək, o, zədələnmələrə, o cümlədən rütubətə daha dözümlüdür. Onu bütün çap növlərində istifadə etmək mümkündür. O, həm də ekoloji cəhətdən təmiz və bioloji cəhətdən parçalanandır", - iqtisadşı vurğulayıb.
 
Xatırladaq ki, 14 aprel 2022- ci il tarixdə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Rusiyanın kiçik və orta biznes iştirakçılarına yerli mismar istehsalını nizama salmağa çağırış edib. Onu hiddətləndirən ölkədə istifadə edilən mismarların çox hissəsinin xaricdə istehsal edildiyi barədə məlumat olub.
 
"Mənim üçün bizdə mismarların xarici olduğu gözlənilməz olub, idxal edilən ölkənin adını çəkməyəcəyəm, özünüz tapın. Biz metal buraxan ölkəmizdə hətta mismar da istehsal etmirik. Kiçik və orta biznesə tapşırın. Qoy onlar bu mismarlarla ölkəni doldursun", - "İzvestiya" qəzeti Matviyenkonun parlamentdəki çıxışından iqtibas gətirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib