Dərc edilib: 26-04-2022

https://www.nuh.az/31688-.html

Ermənistan müxalifəti İrəvanda mərkəzi meydanı bağladı

26.04.2022 07:50:21

LIVE

İrəvanda hakim “Vətəndaş müqaviləsi” partiyasının binası yaxınlığında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin etiraz aksiyası keçirilib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı 11 nəfər saxlanılıb. 

Qeyd edək ki, aprelin 25-də “Hayastan” blokunun parlament fraksiyasının təmsil etdiyi Ermənistan müxalifəti İrəvanda etiraz aksiyaları keçirməyə başlayıb. Ermənistanın paytaxtında yürüşlər və piketlər keçirilir. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində skuterlərdə bayraqlarla hərəkət edirlər.

Eyni zamanda, “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan baş nazirin istefası tələbi ilə qeyri-müəyyən aksiyasını davam etdirir və gəncləri də buna qoşulmağa çağırıb.

***

Aksiyaçılar İrəvanın mərkəzi nəqliyyat qovşaqlarından birini - Fransa meydanını bağlayıblar, 

Bitişik küçələrdə nəqliyyatın hərəkəti iflic olub. Aksiya yerinə polis xüsusi təyinatlıları cəlb edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib