Dərc edilib: 26-04-2022

https://www.nuh.az/31691-.html

“Kreditlər 5-6 faizlə verilməlidir”- deputat Tahir Kərimli

26.04.2022 17:20:14

İqtisadiyyat

“Azərbaycanda banklar əhaliyə 20 faizdən yuxarı şərtlərlə kredit verirlər”. 


“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli bildirib. 

O vurğulayıb ki, bankların verdiyi kreditlərin faizləri 5-6 faiz civarında olmalıdır: “İnsanlar qazandıqlarının hamısını borca verir”.

Tahri Kərimli qeyd edib ki, bank borcları, faizlər bu gün insanlar üçün əsas problemdir. O, eyni zamanda bank faizlərinə görə cərimələrin silinməsini də təklif edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib