Dərc edilib: 29-04-2022

https://www.nuh.az/31704-.html

İlham Əliyev beynəlxalq konfransda iştirak edir

29.04.2022 10:50:41

Siyasət

Bakıda “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilir. 


“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev konfransda iştirak edir.

***

Prezident çıxışında deyib:

“Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir.

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktlarını həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Şuşa, Zəngilan və digər rayonların ərazilərinə ermənilərin köçürülməsi halları da olub ki, bütün bunlar qeyri–qanunidir”.

Prezident qeyd edib ki, hazırda Azərbaycan öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib