Dərc edilib: 01-05-2022

https://www.nuh.az/31713-.html

Qozdan gündəlik istifadə edilməsinin inanılmaz təsiri...

01.05.2022 19:10:00

LIVE

Qanda şəkərin miqdarını aşağı salan sadə məhsul açıqlanıb
 
Qoz çox qiymətli ərzaq məhsullarındandır. Onlar balaca, amma  çox "güclüdür", hər bir qozda faydalı yağlar, zülal, selüloza və özünün xüsusi qida profili var.
E vitamininin miqdarını artırmaq istəyirsinizmi?
Badam yeyin. Qida rasionunuzda omeqa-3 yağ turşusunu artırmaq istəyirsiniz? Yunan qozu yeyin. Stresdən qurtulub sakitləşmək istəyirsiniz? Keşyu qozunun tərkibində çoxlu maqnezium olduğundan sinir sisteminə sakitləşdirici təsir edəcək.
 
Qoz salatlara, şorbaya, yoqurta və pendirə əla əlavədir və ya ayrıca qəbul edilə bilər.
 
Nəyə görə qozda istifadə etməliyik?
 
Moderator.az xəbər verir ki, bu suala ABŞ- ın "Eat This, Not That" nəşrində dərc edilən məqalədə cavab tapmaq olar.
 
1. Qoz əhval- ruhiyyəni yaxşılaşdırır
 
Alimlər əhval- ruhiyyəni, xüsusilə depressiyanı, nəhayət, pəhrizlə əlaqələndirə bilib.
SMİLES- in bir mühüm tədqiqatı sübut edib ki, Aralıq dənizi pəhrizinə riayət edilməsi depressiya əlamətlərini yüngülləşdirir. Qozun bir porsiyası sınaq qrupu iştirakçılarının rasionuna daxil edilib, nəticədə depressiya ilə bağlı vəziyyət xeyli yaxşılaşıb.
 
Başqa bir tədqiqatda pəhrizin gənc insanlarda depressiyanın inkişafında rolu öyrənilib. İştirakçılar hər gün 2- 3 xörək qaşığı qoz və toxumlarını qəbul edib. Qozdan istifadə edilməsi depressiya əlamətlərini azaldıb.
 
Qozun əhval- ruhiyyəni yaxşılaşdırmasının səbəbləri çoxdur. Onlardan biri də onun tərkibində beyin üçün faydalı olan amin turşuları, həmçinin neyroprotektor təsirə malik omeqa- 3 yağ turşusunun olması ilə bağlıdır.
 
2. Qoz yeməkləri daha doyuzdurucu edir
 
Qozun tərkibində selüloza, faydalı yağlar və zülal olduğundan doyma hissini artırır.
 
3. Qoz iltihabı azaldır
 
Qoz və badamın tərkibində E vitamininin sutkalıq normasının 47 faizi var. Bu vitamin antioksidant təsirə malikdir və hüceyrələri oksidləşmədən qoruyaraq iltihabı azaldır.
 
4. Qoz ürək- damar sistemini qoruyur
 
Qozun tərkibində həm mono, həm də poli- doymuş yağlar var, xüsusilə omeqa- 3 yağ turşuları ürəyin sağlamlığı üçün çox vacibdir. Bu tip faydalı yağların tərkibində yaxşı xolesterinin miqdarı çox, pis xolesterinin miqdarı isə azdır.
 
5. Qoz qanda şəkərin miqdarımı tənzimləyir
 
Qanda şəkərin miqdarı qidada olan zülallar, yağlar, selüloza və, təbii ki, karbohidratlardan asılıdır.
Əgər siz sulu almanı yesəniz, yarım saatdan sonra yenidən aclıq hiss edəcəksiniz və sizdə hətta şirniyyata meyllik, zəifləmə və əsmə baş verə bilər.
 
Bu, nədən baş verir?
Almanın tərkibində karbohidratlar var, tez bir zamanda qanda şəkərin miqdarını artırır və sonra endirir. Əgər almaya qoz əlavə etsəniz, qanda şəkərin miqdarı bu cür dəyişməyəcək və sabit qalacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib