Dərc edilib: 02-05-2022

https://www.nuh.az/31718-.html

Ukrayna silahlı qüvvələri Salavat-şərif oxuyaraq Ramazan bayramını....

02.05.2022 18:40:32

LIVE

Ukrayna Silahlı Qüvvələrinin xoru, Salavatı-Şərif oxuduqları mahnıyla İslam dünyasının Ramazan bayramını qeyd ediblər. 
 
Moderator.az xəbər verir ki, Ramazan bayramı sevincini yaşayan İslam dünyasına dünyanın hər yerindən təbrik mesajları gəlməkdə davam edir. Bu mesajlar arasında ən çox müzakirə edilən Ukraynanın paylaşdığı görüntülərdir. Paylaşımda türk dilində “Ramazanınız mübarək” sözü də diqqət çəkib. 
Ordunun sosial media hesabında paylaşılan paylaşımda isə deyilir:
 
"Hörmətli Ukrayna müsəlmanları, əsgər, mülki şəxslər və digər ölkələrdən olan tərəfdaşlarımız! Ukrayna Silahlı Qüvvələri Ramazan bayramını təbrik edir və Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində birgə fəaliyyətləriniz üçün sizə səmimi təşəkkür edir.
Ramazan bayramının başladığı bu gündə insan şəxsiyyətinin mənəvi komponentinə böyük önəm verilir, ona görə də müsəlmanlar ənənəvi olaraq bu gecəni yaxınları ilə birlikdə keçirəcək və Allaha dua edəcəklər. Ümid edirik ki, dönüş üçün dualarınızı hər kəs eşidəcək. Bütün qaçqınların öz evlərinə qayıtması, Rusiyanın təcavüzü nəticəsində parçalanmış ailələrin birləşməsi, hamının azad edilməsi üçün dualarınız qəbul edilməsini arzu edirik”.
 
Vasif Əlihüseyn

NUH informasiya agentliyi səhifəsindən çap edilib