Dərc edilib: 06-05-2022

https://www.nuh.az/31735-.html

Məşhur rus jurnalist Putini əlində qumbara tutan meymuna bənzətdi..

06.05.2022 10:45:33

LIVE

Rusiya prezidenti Vladimir Putinin kriminal rejimini tənqid etməklə tanınan rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov rus diktatorunu ironik şəkildə təsvir edib. Media nümayəndəsi Ukrayna ərazisinə soxulanın əslində necə göründüyünü göstərib.

Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, Nevzorov müvafiq fotonu öz telegram- kanalında yayımlayıb.

 

 

Kadrda Putinə əlində qumbara tutan qulaqlı meymun kimi  təqdim olunur. Jurnalist bildirib ki, bu portret işğalçı ölkənin başçısının axtarışına kömək edəcək.

"Yeri gəlmişkən, Putini də tapmaq yaxşı olardı. Tanınmasının asanlığı üçün bu gözəl portret təklif olunur. Mən onun üzərində yalnız  öz avtoqrafımı vəd edə bilərəm. Volodya bu yaxınlarda "qələmi tuta bilmədi" və imza atmaq qabiliyyətini itirib"- deyə mediaçı öz abunəçilərini güldürüb.
 
Sultan Laçın

NUH informasiya agentliyi səhifəsindən çap edilib