Dərc edilib: 06-05-2022

https://www.nuh.az/31737-.html

Maqsud Mahmudova hökm oxundu

06.05.2022 18:13:37

Kriminal

Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən sabiq iş adamı, bloqer Maqsud Mahmudovun məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, iş adamı 90-dan çox şəxsi aldadaraq pullarını ələ keçirib. O, həmin şəxslərə ümumilikdə 1,6 milyon manata yaxın ziyan vurub. Mahmudov vətəndaşların qızıl-zinət əşyalarını lombarda götürməklə aldadıb. Mahmudovun vurduğu ziyanın 1,4 milyon manatı hazırda ödənilməmiş vəziyyətdə qalır.

Zərərçəkənlər arasında tanınmış müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib