Dərc edilib: 07-05-2022

https://www.nuh.az/31740-.html

Şeyx BƏƏƏ-yə gedir

07.05.2022 11:53:23

LIVE

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşür.

“Qafqazinfo” idarəyə istinadən xəbər verir ki, səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.

QMİ sədri beynəlxalq konfransın “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcək.

Səfər müddətində BƏƏ rəhbərliyi və konfransın nüfuzlu iştirakçıları ilə görüşlər nəzərdə tutulur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib