Dərc edilib: 08-06-2022

https://www.nuh.az/31746-.html

Prezident onu Mərkəzi Bank sədrinin birinci müavini təyin etdi

08.06.2022 13:29:10

LIVE

Prezident İlham Əliyev Mərkəzi Bankın İdarə Heyətinin üzvü Rəşad Orucovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Rəşad Temraz oğlu Orucov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub.

2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Bu ilin may ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heytənin üzvü seçilib.

2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib