Dərc edilib: 11-06-2022

https://www.nuh.az/31757-.html

Sosial şəbəkələrlə bağlı rəsmi xəbərdarlıq - 1000 avro tələb edilir

11.06.2022 11:50:12

Hadisə

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib.

"Qafqazinfo" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları olduğunu deyib: "Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.

Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib