Dərc edilib: 15-06-2022

https://www.nuh.az/31771-.html

“Nar”ın dəstəyi ilə bu gün bulvarda konsert olacaq

15.06.2022 13:33:31

LIVE

“Nar” Avropa çempionatının qalibi olan minifutbol üzrə milli komandamızı möhtəşəm uğuru münasibətilə təbrik edir.


Qələbəni qeyd etmək üçün “Nar”ın dəstəyi ilə iyunun 15-də Bakı bulvarında milli komandanın da iştirakı ilə konsert proqramı baş tutacaq.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubu təşkilatçılığı ilə baş tutacaq tədbirdə kubokun xüsusi avtobusla tamaşaçılara təqdim olunması gözlənilir.

Qeyd edək ki, iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.

Ölkədə gənclər arasında idmanın təbliğinə hər zaman xüsusi diqqət ayıran “Nar” milli komandamıza bundan sonrakı fəaliyyətində də uğurlar arzu edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib