Dərc edilib: 16-06-2022

https://www.nuh.az/31774-.html

Türkmənistanda qadınların DODAQ BOYAMASI qadağan edildi...

16.06.2022 10:51:46

LIVE

Türkmənistanda mağazalarda reyd keçirilib və mağaza sahiblərindən dodaq və dırnaq boyası, eləcə də kirpiklər üçün tuj kimi kosmetik vasitələrin satışdan çıxarılması tələb olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Xronika Turkmenistana” portalı yayıb. 


Bildirilir ki, piştaxtalardan sağlamlığa və xarici görünüşə zərər vura biləcək gözəllik vasitələri yığışdırtdırılıb. Bununla belə, şampun, duş geli və kremlərin satışına icazə verilib.

Xatırladaq ki, aprel ayında yayılan məlumata görə, Türkmənistan rəhbərliyi ölkədə botoksu qadağan edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq edib ki, botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub. Qadağanın pozulması halında salon sahiblərini ağır cərimələr və 15 sutka həbs gözləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib