Dərc edilib: 16-06-2022

https://www.nuh.az/31776-.html

İlham Əliyev Gürcüstan və Albaniya Prezidentləri ilə görüşdü - Yenilənib

16.06.2022 16:30:43

Siyasət

İyunun 16-da Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.

***

Prezident İlham Əliyev, həmçinin Albaniya Prezidenti İlir Meta ilə görüşüb.

***

Bundan başqa, Prezident İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşüb.


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib