Dərc edilib: 16-06-2022

https://www.nuh.az/31777-.html

Qarabağ qazisi özünü ASDI

16.06.2022 22:27:33

Cəmiyyət

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin Sabirabad İcra Hakimiyyətinin qarşısında özünü öldürməsi ilə bağlı məlumat yayılıb. 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Maşallah Mənəfov rayonun Cavad kəndində özünü asıb. O, çöl sahədə yerləşən pay torpaq ərazilərinin birində həyatına son qoyub.

Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Amin Nəzərli

NUH informasiya agentliyi səhifəsindən çap edilib