Dərc edilib: 18-06-2022

https://www.nuh.az/31784-.html

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı -Yaralılar

18.06.2022 10:59:49

LIVE

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib. 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib