Dərc edilib: 21-06-2022

https://www.nuh.az/31793-.html

İlham Əliyevlə Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışına qatıldı

21.06.2022 15:25:49

Siyasət

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. 


“Qafqazinfo” xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

***

İyunun 21-də Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

İlham Əliyevə Müstəqillik abidəsi barədə məlumat verilib.

Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib