Dərc edilib: 27-06-2022

https://www.nuh.az/31809-.html

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin görüşü keçirildi

27.06.2022 10:37:51

Region

Bu gün Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.


"Qafqazinfo" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb. Nazir üçtərəfli və regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Ceyhun Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.

Sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.

Qeyd edək ki, üçtərəfli görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev və digər dövlət rəsmiləri iştirak ediblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib