Dərc edilib: 29-06-2022

http://www.nuh.az/31814-.html

Atambayevə bəraət verildi

29.06.2022 10:32:49

Region

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bişkekin Pervomayski rayon məhkəməsi eks-prezidenti 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşlara görə təqsirləndirmişdi.

Qeyd olunub ki, 2020-ci ilin oktyabrında Bişkekdə baş vermiş iğtişaşlarla bağlı işə baxılan məhkəmə iclasında Atambayev tərəflərin debatında iştirak etməkdən imtina edərək, divarı təpikləməyə başlayıb. Bundan sonra hakim prosesin A. Atambayevsiz davam etdirilməsinə qərar verib.

Məhkəmə sabiq prezidentin ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Onun ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.

Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri - Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.

Qeyd edək ki, prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib