Dərc edilib: 01-07-2022

https://www.nuh.az/31820-.html

İyulda 12 gün iş olmayacaq

01.07.2022 12:53:50

Maqazin

İyul ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.


“Qafqazinfo” xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyulun 9-10-u Qurban bayramıdır.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Qeyd edək ki, iyulda həftəsonları ilə birgə 12 gün iş olmayacaq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib