Dərc edilib: 29-07-2022

https://www.nuh.az/31841-.html

Donetskdə həbsxana vuruldu - 53 ölü, 75 yaralı

29.07.2022 18:04:57

LIVE

“Ukrayna Silahlı Qüvvələri Donetskdə Volnovaxa şəhərində ukraynalı hərbi əsirlərin saxlanıldığı cəzaçəkmə koloniyasına raket zərbəsi endirib”. 


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Donetsk Xalq Respublikası”nın müdafiə qərargahı yayıb. 

Məlumata görə, zərbə nəticəsində 53 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb. 

Volnovaxa şəhərinin Yelenovka qəsəbəsində yerləşən bu koloniyada ümumilikdə 193 nəfərin olduğu bildirilir. 

Ukrayna tərəfinin koloniyaya “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə zərbə endirdiyi iddia olunur.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı sözügedən həbsxanaya Ukrayna tərəfindən zərbə endirilməsi barədə məlumatları təkzib edib. 

Baş qərargahın məlumatına görə, həbsxana Rusiya hərbçiləri tərəfindən artilleriya vasitəsilə atəşə tutulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib