Dərc edilib: 29-07-2022

https://www.nuh.az/31844-.html

Deputatların maaşı artırıldı

29.07.2022 22:18:29

İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununda dəyişikliyi təsdiqləyib. 

“Qafqainfo” xəbər verir ki, sənədə aşağıdakı dəyişikliklər edilib:

 

1.1. 21-ci maddə üzrə:

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilsin;

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilsin;

1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib