Dərc edilib: 30-07-2022

https://www.nuh.az/31855-.html

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verdi

30.07.2022 14:42:58

LIVE

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib.


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. 

“Yerli və milli vasitələrlə istehsal olunan daha 13 Mexaniki Minadan Təmizləmə Aparatı (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib. Bu günə kimi Azərbaycana ixrac edilən MEMATT-ın sayı 20-yə çatıb”, - deyə məlumatda qeyd olunur. 

 

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib