Dərc edilib: 31-07-2022

https://www.nuh.az/31858-.html

Ölüb-dirildi ... - Hər kəs BU ADAMDAN DANIŞIR - VİDEO

31.07.2022 01:23:12

LIVE

Yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən və həyata qayıdan kişinin qapısını şans döydü, xəstəxanadan çıxdıqdan sonra həyatı tamamilə dəyişdi. Dünyanın ən şanslı adamlarından biri hesab olunan Bill Morqanın başına gələnlər...

Avstraliyanın Melburn şəhərində yaşayan və hazırda yaşı 60-dan yuxarı olan Bill Morqan dünyanın ən şanslı insanlarındandır. Yük maşını sürücüsü kimi çörəkpulu qazanan kişinin həyatı yol qəzasından sonra heç kimin inanmayacağı qədər sürprizlərlə dolu olub.

Musavat.com xarici mediaya istinadən maraqlı həyat hekayəsini təqdim edir:

DƏHŞƏTLİ YOL QƏZASI: 14 DƏQİQƏLİK ÖLÜM

1998-ci ildə, 37 yaşında ağır avtomobil qəzası keçirən Bill 14 dəqiqə ərzində kliniki ölüm keçirib. Həkimlər onu həyata qaytarmağı bacarsalar da, o, 15 gün komada qalıb və sonra infarkt keçirib.

Yaşadığı dəhşətli hadisələrə baxmayaraq, xəstəxanadan çıxandan sonra onun həyatı tamamilə dəyişib.

XƏSTƏXANADAN ÇIXDI, "TOYOTA COROLLA" QAZANDI

Ölümün pəncəsindən qurtulan Bill bunun bir işarə olduğunu düşünərək bəxtini sınamaq istəyib və lotereya alıb. O, lotereyadan 17.000 funt sterlinq dəyərində "Toyota Corolla" avtomobili qazandığını görüb və çox heyrətləndib.

Bu, onun üzünə gülən bəxtin ikinci əlaməti idi...

MÜXBİRLƏRİN GÖZÜ QARŞISINDA 250 MİN DOLLAR UDDU

Bill Morqanın ölümdən dönməsi və udduğu lotereya, təbii ki, Avstraliyada diqqət mərkəzinə çevrildi. Yerli jurnalistlər təsadüfi hadisələri işıqlandırmaq məqsədilə ona müraciət etdilər.

Kameralar qarşısında lotereya pozan Billin bəxti yenə gətirmişdi. Üstəlik, bu dəfə məbləğ digərindən çox idi.

O, göz yaşları içində: "Mən indicə 250.000 dollar qazandım, zarafat etmirəm. Düşünürəm ki, yenidən infarkt keçirəcəm", - deyib.

Bill dərhal sevdiyi qadına zəng edib və gözəl xəbəri ona verib. Həmin anı əks etdirən video yayımlandıqdan sonra viral olub və bu gün də sosial şəbəkələrdə paylaşılmağa davam edir.

"Daily mail" komandasının yenidən əlaqə saxladığı şanslı adam əldə etdiyi pulla Melburnda ev aldığını bildirib.

Bill hələ də lotereya almağa davam etdiyini etiraf etsə də, səhhətində müəyyən problemlər yaranıb, lakin həm cekpotu qazandığına, həm də həyat yoldaşı Lizanın dəstəyinə görə minnətdardır. Hazırda yaşı 60-i ötmüş kişi öz hisslərini bu sözlərlə ifadə edib:

"Vəziyyətim yaxşı olmasa da, hər gün ayağa qalxıb ayaqqabılarımı geyinirəm və gedib gülləri iyləyirəm, Günəşə baxıram və nə qədər şanslı olduğumu düşünürəm. Lotereyadan 250 min dollar uddum. Hazırda yaşadığım evi aldım. Kifayət qədər gözəl avtomobilim var. Təbii ki, təqaüdə çıxmalı oldum, çünki ürəyim çox ağrıyır, amma yenə də yaşadıqlarım çox yaxşı idi..."

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib