Dərc edilib: 01-08-2022

https://www.nuh.az/31874-.html

Beşinci mərtəbədən düşən balaca qızı tuta bilən kişi...

01.08.2022 00:53:36

LIVE
Çinin Çjetszyan əyalətinin Tunsyan şəhər sakini superqəhrəmana çevrilib, axı, onun çevik reaksiyası balaca qızcığazı xilas etməyə kömək edib.
 

 

Moderator.az xəbər verir ki, bu barədə "120 su" nəşri yazıb.
 
Şen Donq işlədiyi banka yaxınlaşıb, maşınını parkinq edib, bu zaman güclü partıltı eşidib.
 
Heç demə, qonşu binada bədbəxt hadisə baş verib-iki yaşlı körpə beşinci mərtəbədən yıxılıb və birinci mərtəbənin eyvanının damına düşüb (Şen məhz bu səsi eşidib).
 
Lakin qızın dama düşməsi bununla bitməyib və o, damın kənarına sürüklənib.
 
Elə bu an 31 yaşlı bank əməkdaşı özünü irəliyə ataraq sürətlə körpəyə tərəf qaçaraq, onu əlləri ilə tutmağa müvəffəq olub.
 
Bundan sonra Şen və həmkarları tibb işçilərini çağırıb. Qız ayaqlarını və ağ ciyərlərini zədələyib, həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.
 
Bir neçə sual meydana çıxır ki, bu, necə baş verə bilərdi. Lakin Şen sevinir ki, qızın həyatını xilas edə bilib.
 
O, etiraf edib ki, hadisənin detallarını xatırlamır, çünki həmin anda instinktləri ilə hərəkət edib.
 
Ola bilsin ki, elə bunun özü sürətli xilasetmə əməliyyatının uğurla başa çatmasına səbəb olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib