Dərc edilib: 01-08-2022

https://www.nuh.az/31878-.html

20 Yanvar qırğınının təşkilatçılarından biri GƏBƏRDİ ...

01.08.2022 14:21:54

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sonuncu sədri, 84 yaşlı Vadim Bakatin Moskvada vəfat edib. 


Bu barədə “Qafqazinfo” NTV telekanalına istinadən xəbər verir.

O, Troekurov qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1988-ci ildə Mixail Qorbaçov ona daxili işlər naziri vəzifəsini təklif edib və o, DİN rəhbəri olub.

Bakatinin dövründə DTK bir neçə müstəqil xüsusi xidmət orqanlarına bölünüb. Lakin Bakatin buna qarşı olub.

Xatırladaq ki, Vadim Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdən biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin vaxt daxili işlər naziri olan Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib