Dərc edilib: 04-08-2022

https://www.nuh.az/31903-.html

Kiyev üzərində 11 DƏQİQƏyə 7 Rusiya TƏYYARƏsi vuruldu...

04.08.2022 08:46:42

LIVE

"Rusiya ilə Ukraynanın genişmiqyaslı müharibəsi zamanı ən çətin ay fevral idi: Rusiya aviasiyası və quru qoşunları Kiyevə güclü hücum edirdi".
 
 
Moderator.az xəbər verir ki, bunu "TSN" kanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenitçisi polkovnik-leytenant Denis Smajnı deyib.
 
Onun sözlərinə görə, müharibənin ilk ayı düşmənin aramsız hücumları ilə müşayiət olunan davamlı bir növbətçilikdə keçirdi.
 
"Fasilə yox id; Kiyevə hücum başa çatdı - İzyum istiqamətində başladı, İzyum istiqamətində sona çatdı - Odessaya hücum başladı”, - deyə döyüşçü bildirib.
 
D.Smajnı həmçinin Ukrayna paytaxtının müdafiəsində Hərbi Hava Qüvvələrinin uğurlu əməliyyatından danışıb.
 
"Kiyev... Kütləvi hücum həm yerdə, həm də göydə idi. 11 dəqiqə ərzində 7 təyyarə vuruldu - demək olar ki, bütün eskadron yatırıldı! Deyəsən, bu, düşmənin son ümid hücumu idi. Onlar hədəf zonasına yaxınlaşırdılar. Biz onları biçirdik. Biz o zaman düşmənin çox şeyini məhv etdik və bundan sonra Kiyevə hava hücumları dayandı", - deyə Smajnı xatırlayır.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib