Dərc edilib: 04-08-2022

https://www.nuh.az/31906-.html

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağı müzakirə etdi

04.08.2022 18:28:27

LIVE

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib. 


“Qafqazinfo” “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin təkidli zəruriliyi vurğulanıb”, - Peskov qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib