Tovuzda partlayış oldu - Video
Tovuzda elektrik stansiyasında partlayış baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Partlayışdan sonra yaranan yanğın söndürülüb.
Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.