Dərc edilib: 12-08-2022

https://www.nuh.az/31956-.html

Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını - Azərbaycanlı şahzadə...

12.08.2022 08:12:38

Region

Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını oldu - Azərbaycanlı şahzadə haqqında maraqlı faktlar

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi haqqında maraqlı faktları təqdim edirik.
Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Ata babası XIX əsrin sonlarında Qacarlar dövlətinin Çar Rusiyasındakı səfiri olub. Qızlıq soyadı Diba olan Fərəh zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir.
Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.
Fərəh həmin günləri belə xatırlayır...
Daha ətraflı hazırladığımız videomaterialda:

NUH informasiya agentliyi səhifəsindən çap edilib