Dərc edilib: 12-08-2022

https://www.nuh.az/31961-.html

Şəmkirdə əməliyyat keçirildi - həbslər

12.08.2022 14:12:31

LIVE

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkirdə əməliyyat keçirib. 


“Qafqazinfo” xəbər verir ki, əməliyyat çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı “Qafqazinfo”ya təsdiq ediblər.

Bildirilib ki, əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib