Dərc edilib: 13-08-2022

https://www.nuh.az/31968-.html

Nursultanda Orta Asiyanın ən böyük məscidi açıldı- Nazarbayev açılışda

13.08.2022 00:19:19

Mədəniyyət

Qazaxıstanın paytaxtı Nursultanda Mərkəzi Asiyanın ən böyük məscidi açılıb.

Qaynarinfo bu barədə "Anadolu" agentliyinə istunadən xəbər verir.
Məscidin açılış mərasimində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirin din xadimləri, müsəlman ölkələrinin Qazaxıstandakı səfirləri və media nümayəndələri iştirak edib.
Nazarbayev açılış mərasimində deyib: "Bu məscidin açılışı təkcə paytaxt və Qazaxıstan üçün deyil, həm də İslam dünyası üçün mühüm hadisədir".
 
Türkiyənin Nursultandakı səfirliyini dini xidmətlər müşaviri Neşed Budur da jurnalistlərə bildirib ki, özünəməxsusluğu ilə seçilən məscid mübarək cümə günündə istifadəyə verilib. Məscid əslində kitabxana, məktəb və yaşıllıq zolağı toplusudur.
Qeyd edək ki, təxminən 68 min kvadratmetr ərazidə inşa edilən Nursultan məscidi Orta Asiyanın ən böyük məscidi və dünyanın on ən böyük məscidindən biridir. Onun əsas günbəzinin eni 62 metrə, minarələrinin hündürlüyü isə 134 metrə çatır.
Məscidin dizaynı İslam memarlığı və ənənəvi qazax motivlərinin birləşməsidir, onun qiblə divarı Allahın 99 adı ilə bəzədilmiş 25 milyon şüşədən hazırlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib