Dərc edilib: 14-08-2022

https://www.nuh.az/31976-.html

Tikinti şirkətində çalışan 3-cü kurs tələbəsi yıxılaraq öldü

14.08.2022 10:19:04

LIVE

Azərbaycanlı tələbə Elnur Elxan oğlu Abbasov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilir ki, Elnur Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi olub. 

***

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Elnur tikinti şirkətlərindən birində çalışırmış. Onun iş zamanı hündürlükdən yıxalaraq öldüyü bildirilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib