Dərc edilib: 18-08-2022

https://www.nuh.az/31997-.html

Türkiyədə ilk dəfə erməni qubernator oldu - Foto

18.08.2022 12:59:48

Dünya

Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs qubernator olub. 


“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu, Denizli bölgəsinin Babadağ vilayətinə rəhbərlik edəcək 27 yaşlı Berk Acardır.

B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməniəsilli şəxs qubernator vəzifəsinə təsdiqlənib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib