Dərc edilib: 19-08-2022

https://www.nuh.az/32004-.html

“Meşələrin yanmasının təbiətə böyük faydası var”

19.08.2022 11:39:25

Maraqlı

REAL partiyasının sədri İlqar Məmmədov Azərbaycanın şimal və şimal-şərq rayonlarını əhatə edən meşə yanğınları ilə bağlı maraqlı fikirlər bölüşüb. 


“Qafqazinfo” xəbər verir ki, İ.Məmmədov yanğınların faydalı ola biləcəyini deyib:

“Meşə yanğınları insan və təbiət üçün zərərli səciyyə alanda tədbirlər önəmlidir. Amma yanğınların təbiətə böyük faydası da elmə məlumdur. Yanğınlar ekosistemlərə yeni nəfəs verir. Elə canlılar var ki, müntəzəm yanğınlar ekosistemi təzələməsə, onlar məhv olar. Uzun müddət meşələri yanğından bərk qorusan, gec-tez yenə də yanacaq, amma yananda zərəri xeyrini üstələyəcək”.

Partiya sədri təklif edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğınların təbiət üçün nə qədər sağlamlaşdırıcı olub-olmamasını elan etməlidir: “Hər dəfə meşədən tüstü çıxan kadrları görəndə fəlakət hissi yaşamaq və onu başqalarına ötürmək lazım deyil.  Ekologiya və Təbii Sərvətlər Nazirliyimiz bir çıxıb xalqa desəydi görək, bu ilin yanğınları təbiət üçün sağlamlaşdırıcı axarındadırmı, yoxsa Fövqəladə Hallar Nazirliyinin daha ciddi müdaxiləsinə ehtiyac var”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib