Dərc edilib: 20-08-2022

https://www.nuh.az/32014-.html

Hər yerdə görünən...və MİLLİ RUHA bürünən İMZA

20.08.2022 11:07:24

Mədəniyyət

HƏSƏN ORUCOĞLU  
...Onun haqqında necə yazmaq və haradan başlayıb,harada qurtarmaq "dilemması" qarşısında çox düşünmədim.Yazıları ilə ən çox vətəndaşların maatiflənməsinə,elmi biliklərə meyl etməsinə,sadə zəhmət və əmək adamlarının taleyi ilə maraqlanmasına,şəhid ailələrinin,Qazilərin,veteranların,döyüşən əsgər və zabitlərin həyat yoluna gur və şəfəqli işıq salması diqqətimi daha çox cəlb edirdi...Elə buna görə də  gözə görünməz fikirlərim ağlımdan su kimi süzülüb asta-asta ürəyimə axırdı...

Bəlkə də az sayda belə yazarlar tanıyıram ki, qələmindən çıxan belə urvatlı,könüllərə məlhəm olan yazıları ilə çoxlarını utandırır,bəlkə də üzlərini qızardırdı...
İmzasını Zəngilanda tanımayan yoxdur onun...Milli kalorit, milli ruh,türkçülük onun araya-ərsəyə gətirdiyi bütün yazılarının leytmotivini-məğzini,məna çalarını təşkil edir.Ürəyinin odu,atəş,gözüdür,bu Vətən,onun! Elə bu Vətən yanğısı da hər bir yazısının ilk sözündə,ilk ifadəsində hiss edilir,duyulur...Sizi çox intizarda saxlamaq istəmirəm.
Bu,hamının yaxşı tanıdığı,ədəb-ərkanı və ləyaqəti ilə seçilən,qəlbi Vətən yanğılı,doğma Yurd sevdalı,millətinin daimi təəssübünü çəkən Səbirə xanım Ələkbərovadır.Həyatın nəfəsini öz isti nəfəsinə qatıb ürəyinin dərinliyində uyuyan tumurcuq kimi "nəğməli,nikbin yazılarını" öz əyarlı oxucuları,dinləyici və izləyiciləri ilə bölməyə,bölüşməyə can atandır,Səbirə Ələkbərova...
Hələ məcburi köçkünlüyün ən ağır,məşəqqətli illərində belə o,sosial mediada,mətbuat şəbəkələrində adamlarda xoş əhval-ruhiyyə yaradan,onlara passionar enerji ötürən,yeni impuls verən yazıları ilə möhkəm yadda qalmışdır.İşdən yorğun-ağrın axşam evə gələnlər onun imzasını itik axtaran kimi həyacanla axtararıb tapardılar...
Sosial şəbəkələrdə tələm-tələsik səhifəsini arayıb-axtarıb tapar,elə bil ağrı-acılarına şəfalı bir məlhəm qoyardılar.Sanki yazıları yüngüllük,rahatlıq gətirən bir ipək sarğı idi.Bax,beləcə işdən evə tələsənlər onun ürəklərə həzin sərinlilk,könüllərə ruh oxşayan müxtəlif səpkili xoş niyyətli yazılarının ağuşuna qovuşardılar!
Bilirdilər ki, onun yazılarında bir nikbinlik var, bir ovqat,dirçəliş var.Sevə-sevə oxuyub dinclik və rahatlıq tapacaqlar...Səbirə xanımın yazılarındakı xalq yaradıcılığı,folklor,klassik ənənələr o qədər təbii və axıcıdır ki, adam onu dönə-dönə oxumaqdan belə doymur.Hərdən də "Bulaq" musiqili verilişinə baş vurar,nostalji hissləri oyadardı...Bəzən də radiodakı həzin,kövrək nəğmə ilə,xalq mahnıları ilə sınıq könülləri ələ alıb onları bu ruha,bu əhval-ruhiyyəyə kökləyib,mənəvi qida verərdi...Özünə məxsus şirin,axıcı,asan başa düşülən dili,dialekti,yeri gələndə isə şivələrdən istifadə isə Səbirə xanımın yazılarını daha "xarizmatik" edər, onu zənginləşdirirdi...
Köçkünçükük dönəmində isə hələ neçə-neçə kitablar işıq üzü görməyəndə belə Səbirə Ələkbərova oxucuların mənəvi aclığını istər dövrü mətbuatda,istərsə də ayrı-ayrı mədəni- sosial şəbəkələrdə,ziyalı qruplarda ödəməyə,doldurmağa çalışardı.Bu isə onun ədəbi mühit adamı,söz adamı olmağından xəbər verirdi.
Açıq mətnlə bildirək ki,hətta küncdə-bucaqda qalan,toz basmış oxunmamış neçə-neçə kitabların səhifələrini öz cib dəsmalı ilə təmizləyib bir-bir barmaqlarıyla təkrar-təkrar yazıb yenidən oxuculara çatdırar,üstəlik müəlliflərini də tanıtdırardı...
Bax,buydu onun el-obaya əsl sevgisi,əsl istəyi!
"Təki elim-obam maariflənsin,bilikli və savadlı olsun...sağ,salamat olsun,-deyirdi.
Bax,əsl təbliğat,əsl ziyalılıq buydu!
Hər kəs öz xeyirxah,nəcib əməlləri ilə bu Vətənə bir töhfə,bir ərmağan bəxş etsə,Vətənin nəyi olmaz ki?!...
Son zamanlar Səbirə xanımın qələmindən çıxan publisist yazıları daha maraqlı,daha dəyərlidir.Yenə də ənənəsinə sadiq qalaraq Vətənpərvərlik ruhundakı yazıları sözün həqiqi mənasında kövrək və duyğuludur!
Sanki ürəkdən qopan bu sətirlər adama dolğun,sevgi dolu bir yaşantı verir...Ən kiçik esselərində belə çılğınlıq və romantiklik hiss edilməyə bilinmir.Bu poetik rəngli duyğular isə onun yazılarının təsir gücünü və effektini artırmağa yönəlmişdir...
Onun bütün yazılarında-zarisovka,məqalə,oçerklərində və digər dəyərli publisistikasında Bəxtiyar Vahabzadə yaradıcılığından-bulağından Vətən eşqiylə bəhrələnmə daha qabarıqdır:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu,
O da ulu,bu da ulu,
Azərbaycan-Türkiyə.
Dinimiz bir,dilimiz bir,
Ayımız bir,ilimiz bir,
Eşqimiz bir,yolumuz bir,
Azərbaycan-Türkiyə!
Respublika parlamentinin orqanı olan "Azərbaycan" qəzetində dərc olunan geniş həcmli "Adını tarixə şərəflə yazanlar..." oçerkin də müəllif döğma Zəngilanın füsunkar və qənirsiz gözəlliyindən müfəssəl söhbət açmaqla bərabər,bu torpağın igid,cəsur,qəhrəman şəhidlərinin şərəfli yolundan, onların ağır səngər həyatından maraqlı,ibrətamiz epizodlardan sitatlar gətirmişdir...
Yenə də Səbirə Ələkbərovanın "Azərbaycan"qəzetində Qazi-- igid döyüşçü Qasımzadə Namiq Ağa oğlu haqqında ürəkdolusu,qələbə müjdəli "Onu Vətən eşqi həyata qaytardı"adlı geniş miqyaslı publisist yazısı cəngavər döyüşçünün Vətən sevdalısı önə çəkilib tərənnüm edilir...
Qeyd etmək yerinə düşərdi ki,Səbirə Ələkbərova 44 günlük Vətən savaşında gənclərin hərbi-vətənpərvərlik ruhunda düzgün tərbiyə edilməsində, döyüşən əsgər-zabitlərin, şəhid ailələrinin,Qazilərin,veteranların həyat və döyüş yolunu işıqlandırdığına görə,bu həssas,kövrək məsələlərə qayğı və diqqətlə yanaşdığı üçün "Respublika Əlil Döyüşçülər Fondu" tərəfindən fəxri fərmanla təltif olunmuşdur.Sevindirici hal odur ki, o,özünü həmişə Vətən yolunda igidlik və qəhrəmanlıq göstərən döyüşçülərin arasında hiss edir!
Səbirə Ələkbərova bütün yazılarında və paylaşımlarında ölkə Prezidentinin apardığı geniş islahatları və dövlətin yeritdiyi ardıcıl,davamlı,dayanıqlı siyasətini mütamadi dəstəkləyir,analoqsuz inkişafı,yeniləşməni sürətlə təbliğ və təqdir edir.
...Artıq bir neçə gündür ki,30 ilə yaxın bir ayrılıqdan,həsrətdən sonra Zəngilan əhli yeni həyat eşqi ilə öz doğma torpaqlarına fərəh içində qayıdır.
"Ağıllı kənd" layihəsi ilə abadlaşan,yeniləşən Zəngilanın Ağallı kəndinə mərhələ-mərhələ köş başlayıb.Bu dünya boyda sevindirici xəbəri isə ən çox tirajlayan isə hamımızın sevimlisi, gözəl maarifçi xanım,istedadlı yazar yenə də Səbirə xanım Əkəkbərovadır.Onu həm yeni karvan köçünün təmtəraqla,toy-bayramla yola salınması mərasimində,həm də maraqlı video reportajlarında tez-tez görmək olur...
Bir -birindən rəngli çeşidləri və xoş duyğulu köç qatarını öz yazılarında belə süsləməsi Səbirə xanımın çoxları kimi sevincinin hədsiz-hüdudsuz olmasının göstəricisi,bir əlamətidir!
Hamı bir Vətən sevdalı,bir Türk sevgili,bir Yurd aşiqi kimi tanıdığı maarifçi yazar Səbirə xanım Ələkbərovadan ağızdolusu danışır...
İctimai işlərdə belə fəallığı onun hörmətini birə-beş artırmışdır.
...Bəli,belə bir şərəfli,amma ağır yükü zərif və zəif çiyinlərində daşımaq hər kəsə nəsib olmur.Bunun üçün dözüm,iradə,əzm və mübarizlik ruhu gərəkdir.
Bu,əsl xoşbəxtlik deyilmi?!
Səbirə Ələkbərova həm də Yeni Azərbaycan Partiyasının sayılıb-seçilən bir üzvüdür.Həmçinin o, çalışdığı Aqrar xidmətlər Agentliyinin Zəngilan rayon şöbəsində də YAP-ın dayaq məntəqəsinin sədr müavini kimi ardıcıl və davamlı iş aparmaqla dövlətə,dövlətçiliyə,vətənə sadiqliyini bir əsgər kimi nümayiş etdirir!
Onun barəsində bu qeydlərimi yazarkən yadıma qeyri-ixtiyari olaraq Böyük Nizami Gəncəvinin bir beyti düşdü:
"Günəşin üzünü örtsə buludlar,
Yenə Günəş adlı bir qüdrəti var"!
Çevik,zirək,obyektiv!..
Ədalət carçısı,Vətən sevdalı,Türk müjdəli!
...Və ən reytinqli,populyar,əyarlı,dəyərli isimlərdən biridir onun adı.Elə çox-çox əziyyət çəkdiyi haqqına da ucalsın!
Bu,hər yerdə görünən...və milli ruha bürünən imzanın ləyaqətli daşıyıcısı --Səbirə Ələkbərovadır!  

NUH informasiya agentliyi səhifəsindən çap edilib