Dərc edilib: 21-08-2022

https://www.nuh.az/32022-.html

Duqinin qızının avtomobili partladı -Terror, yoxsa ? -VİDEO

21.08.2022 11:15:29

İdman

Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil partladılıb. 


“Qafqazinfo” TASS-a isitnadən xəbər verir ki, 30 yaşlı Duqina hadisə yerində ölüb. Onun tamamilə yanmış meyitini ekspertizadan sonra tanımaq mümkün olub. 

Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtomobil hərəkətdə olarkən baş verib. Duqinanın avtomobili Moskva vaxtı ilə saat 21:35-də partlayıb, bundan sonra o, yoldan çıxaraq binaya çırpılıb. 

Avtomobili Darya Duqinanın özü idarə edirmiş. Məlumata görə, tədbirlərin birindən birlikdə çıxan Aleksandr Duqinlə qızı eyni avtomobilə əyləşməli imiş. Lakin filosof son anda fikrini dəyişərək başqa maşınla yola düşüb. Hədəfin Aleksandr Duqin ola biləcəyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib