Dərc edilib: 23-08-2022

https://www.nuh.az/32035-.html

“Papanin”də PATI əməliyyat, 15 nəfər tutuldu

23.08.2022 12:37:50

LIVE

Paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.  

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib