Dərc edilib: 27-08-2022

https://www.nuh.az/32054-.html

Kəmaləddin Heydərovun müavini vəfat etdi

27.08.2022 09:32:38

LIVE

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov dünyasını dəyişib. 

 

 “Qaynarinfo”   xəbər verir ki, uzun müddətdir müalicə alan general bu gün vəfat edib. Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub. *** Yaxınlarının “Unikal”a verdiyi məlumata görə, general-leytenant N. Məmmədov bir müddət bundan öncə koronavirusa yoluxubmuş. Aparılan müalicə tədbirlərinə baxmayaraq, virus generalın tənəffüs orqanlarında fəsad yaradıb, nəfəs almağında çətinliklər yaranıb. Son günlərdə isə generalın vəziyyəti ağırlaşıb və o, paytaxtda yerləşən klinikaların birinə yerləşdirilib. İyirmi gün komada qalan N. Məmmədovu xilas etmək mümkün olmayıb və o vəfat edib. Mərhum general sabah “Qurd qapısı” qəbiristanlğında dəfn ediləcək. Yas mərasimi isə avqustun 29-da Heydər məscidində keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib