Dərc edilib: 27-08-2022

https://www.nuh.az/32060-.html

Nazirdən HƏYƏCAN TƏBİLİ: “Avropanı inqilab gözləyir”

27.08.2022 23:30:41

Hadisə

“Əgər enerji böhranı həll olunmasa, ölkənin siyasi sistemi təhlükə altında qala bilər”. 


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Çexiyanın ədliyyə naziri Pavel Blaşek ölkə parlamentində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, sosial vəziyyət və atmosfer 1989-cu ildən bəri ən dramatik həddə gəlib çatıb.

Çexiyalı nazir bəzi müxalifət deputatlarına enerji daşıyıcılarının qiymətinin artmasına qarşı görülən tədbirlərlə bağlı məlumat verib.

Blaşek vəziyyətin müxalifətin təsəvvür etdiyindən pis olduğunu söyləyib.

“Enerji böhranı həll edilməsə, bu ölkənin siyasi sistemi təhlükə altında olacaq. Əgər ümumavropa həlli tapılmazsa, AB də təhlükə altındadır”, - deyə, nazir mümkün inqilab barədə xəbərdarlıq edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib