Dərc edilib: 31-08-2022

https://www.nuh.az/32077-.html

Bu gün Əliyev-Paşinyan görüşü olacaq

31.08.2022 10:45:12

Siyasət

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan artıq ötən gün Brüsselə yola düşüb.

Qeyd edək ki, avqustun 30-u Şarl Mişel hər iki ölkənin lideri ilə telefonla əlaqə saxlayıb və keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə edilib

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib