Dərc edilib: 01-09-2022

https://www.nuh.az/32086-.html

Rasət Pirisoyu - ƏLİGİYA - Qorbaçovun ölümünə MƏRSİYƏ...

01.09.2022 13:50:21

Cəmiyyət

Salam, dostlar, xoş gördük!
İki ilə yaxındır ki, görüşmürük.
Mən Sizi görməyimə şadam.
Sizi bilmirəm…
Mixail Qorbaçovun ölümünə bir elegiya yazmışam, «Əligiya» adlanır, kimin həvəsi varsa, oxuya və yaya bilər.
Elegiyanın nə olduğunu bilməyənlərə balaca bir izah: Элегия - elegiya (1. Mərsiyə tərzində seir; 2. Həzin musiqi əsəri)

Rasət PİRİSOYU  
ƏLİGİYA
(Kumiri Mixail Sergeyeviç Qorbaçovun
ölümü münasibəti ilə
Əli bəyiş Kərimliyə başsağlığı poeması)
Kələki
Xalq
Cəbhəsinin sədri
Əli bəyiş Kərimlinin
ömründən
otuz il keçəndən sonra,
Əli bəyiş Kərimli
oralardan -
yuxarılardan -
hoppalardan -
yenidən
küçələrə,
sosial şəbəkələrə,
yutuba
köçəndən sonra,
Yəni bu il,
Hafiz Hacıyevin sözü olmasın;
öldü,
Sergey oğlu
Qorbaçov
Mixail…
Ay - 30 avqust,
(hava süst)
İl - iyirmi ikinci,
(ölüm küncü),
Öldü
SSRİ-nin
həm birinci,
həm sonuncu prezidenti,
Öldü,
daha bal da yesə dirilməz,
Öldü,
Tanrının hökmu qəti…
Kələki
Xalq
Cəbhəsinin sədri
Əli bəyiş Kərimliyə
başsağlığı vermək istədim,
-Əli bəyiş Kərimli,
başın sağ olsun !-
demək istədim,
Amma hanı?
Əli bəyiş Kərimlinin
başı yox ki,
Əli bəyiş Kərimli
bu qorbaçovluq tutmalarıyla,
artıq illərdi
tamam itirib başını,
Və indi
Əli bəyiş Kərimli
əvvəl üfürə-üfürə,
sonra hirslə
çiyninə götürüb başını,
axtarır
həm Qorbaçovu,
həm də özünü
küçələrdə,
sosial şəbəkələrdə,
yutubda,
axtarır
Sevinc Vaqifqızında,
Sevinc Osmanqızında,
Sevinc Qənimət Zahiddə,
Axtarır
Hər cürə fasonda,
Hər cürə formada,
Hər cürə viddə…
Axtarır qığıltıda,
Axtarır uğulutuda,
Axtarır bağırtıda,
Axtarır
fitdə axtarır,
küçükdə,
itdə axtarır,
dahidə,
bütdə axtarır…
Axtarır
atıb
başına səsini
başının dəstəsini
qovur
bu küçədən
o küçəyə,
o küçədən,
bu küçəyə
qovur,
qovur
Bəlkə
Dirildə bildi
Mixail Qorbaçovu.
Amma
kim deyir ki,
Əli bəyiş Kərimli,
təkcə başını itirib,
yox,
Əli bəyiş Kərimli
bığının burmasıyla,
otuz illik
yenidənqurmasıyla,
həm də
ağlını itirib,
həm də
huşunu itirib,
həm də
küçələrədəki
o QOŞUNU itirib,
İtirib cilovunu,
dəvəsini itirib,
itirib Xalqını,
Cəbhəsini itirib.
Əli bəyiş Kərimli
daha
qorbaçovluq deyil,
Bu yaşında
hətta
komsomolçu
olsa da,
Əli bəyiş Kərimli
daha
arayış deyil
daha
papka deyil,
daha
qovluq deyil…
Nə olsun ki, ağızlıdı,
nə olsun ki, burunludu,
nə olsun ki, qulaqlıdı,
nə olsun ki, dillidi,
Əli bəyiş Kərimli,
təkcə,
təkcə Əli deyil,
Əli bəyiş Kərimli,
həm də bəyişdi,
həm də
həm də…
Kərimlidi…
Amma
daha neyləmək olar,
öldü Mişa Qorbaçov,
öldü,
Ətağa cəddi
öldü!...
Bəs onda
bu Mişa Qorbaçovu,
diriltmək dərdi ilə,
Əli bəyiş Kərimli,
niyə
bu qədər sərxoşdu,
niyə bu qədər alkaşdı?,
niyə bu qədər
lümbələm
LÜLDÜ?!!!...
Axı
Mişa Qorbaçov
onsuz da bir ölüydü,
yəni təkcə
Mişa Qorbaçov
diri ölmədi,
öldü,
Mişa Qorbaçov
ölü öldü.
Proloq
Əli bəyiş Kərimli,
ürəyin qorbaçovluq istəyir,
Nə olar?
Qoy istəsin…
Qoy
Mixail Sergeyviç sənə
ekranlardan əl eyləsin,
səni tinlərdə gözləsin,
Qorbaçovluğu
gillətmək istəirsən,
Nə olar?
Get, gillət…
Amma əl çək bu millətdən
yazıqdı,
bədbəxti
bu məillət
Az bulandır bu milləti,
qoy bu millət
ağı ağ, qaranı da qara bilsin,
Qoy bu millət
bəyişlikdən,
səyişlikdən,
keyişlikdən,
………………
………………
bir azca qurtara bilsin.
Bakı,
30-31 avqust
2022-ci il.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib