Dərc edilib: 03-09-2022

https://www.nuh.az/32098-.html

Uşaqlara işgəncə verilən mərkəzin xanım rəhbəri saxlanıldı, yeni VİDEO

03.09.2022 15:00:54

Günün sitatı

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. 

Məlum olub ki, "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir. 

Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub. Məşhurlar açılış mərasimində iştirak efdib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir. 

***
 
Qaynarinfo-ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb. Bu arada Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən yeni görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib